Mühasib olmaq üçün nələri bilməliyik (1-ci hissə)

        Üçüncü məqaləmizə başlayırıq....
     Məqalədə əsas məqsədimiz bu sahəyə yeni başlayanlar üçün bir bələdçi rolunu oynamaqdır.  İlk məqaləmizdə mühasibatlığın təşkili barədə danışmışdıq, indi isə mühasib olmaq üçün  hardan və necə başlamaqla bağlı müxtəlif istiqamətlər verəcəyik. Məqaləyə başlamazdan qabaq kiçik bir araşdırma apardıq. Deməli indiyə qədər kurslarda iştirak edən bütün tələbələr haqqında statistika çıxarıb, müəyyən bir məlumat bazası formalaşdırdıq. Onları yaşına, cinsinə, təhsil səviyyəsinə, kursu davam etmə müddətinə, iş vəziyyətinə, kursdan sonra iş tapma imkanına, ümumi qrup səviyyəsinə və digər göstəricilərinə görə müxtəlif qruplara ayırdıq və analiz etdik. Nəticə olaraq müəyyən etdik ki, mühasib olmaq istəyən tələbələr əsasən 3 qrupa bölünür.






















 1-ci qrup tələbələr:
        Adətən bu tələbələr mühasibatlıq haqqında geniş məlumatı olmayan, sadəcə "kursu bitirib tez iş tapım, tez iş tapım" məqsədi ilə gələnlərdir. Onlar gündəlik praktikada istifadə olunan əməliyyatları öyrənməklə kifayətlənmək istəyir, vizion olaraq qısamüddətli bilikləri öyrənməyi planlaşdırırlar. Buna baxmayaraq, bir mühasib olmaq üçün biz də sizə bu mərhələdən başlamağı məsləhət görərdik, lakin təkcə "tez iş tapıb da işləyim" məqsədi ilə yox. Belə ki, bu qrup tələbələrin əsas məqsədi hazırda gündəlik istifadə olunan əməliyyatları öyrənməkdir. Onlar daha dərinlərə getməkdən, müxabirləşmə, büdcə hazırlama, hesabat tərtib etmə, təhlil və analiz etməkdən qaçırlar. El sözü kimi desək, "bu gün nə hazır varsa onu öyrənim, sonra işləyib 10 manat pul qazansam mənə bəs edər".
2-ci qrup tələbələr:
    1-ci qrupa nisbətən daha ətraflı öyrənməyi özlərinə hədəf seçirlər. Onlar yalnız gündəlik tətbiq olunan əməliyyatları deyil, həmçinin onların mahiyyətlərini və daha geniş formada öyrənməyi sevirlər. Yəni 1-ci qrup əsasən hazır proqramları öyrənib, onların arxa fonunda nə baş verdiyini öyrənməyə çalışmırdılar. Məsələn 1C proqramında müxabirləşmə və digər hesablama əməliyyatlarını maşın özü etdiyi üçün ancaq proqramın necə işlədiyini öyrənməyə çalışırlar. Bu da nəticədə gələcəkdə hesabları analiz etmək, proqramın özünün avtomatik hazırladığı hesabatları izah etməkdə çətinlik çəkirlər. Ona görə 2-ci qrupun tələbələri vergi, əmək  məcəllərininin vacib maddələrini, müxabirləşmə, ikili yazılış, hesablar planı və onun strukturunu daha geniş formada öyrənməyə, eyni zamanda büdcə hazırlamaq, maliyyə hesabatları tərtib etmək və sair əməliyyatları tətbiq etməyə  başlayırlar.
3-cü qrup tələbələr:        
   3-cü qrup tələbələr bütün yuxarıda göstərdiklərimiz ilə yanaşı özlərinin bilik və bacarıqlarını artırmağa səy göstərirlər.  Yəni bu qrupun əsas tələb olunan bacarığı mühasibin analiz etmək qabiliyyətinin olmasıdır. Tələbələr çalışırlar ki, bu sahə üzrə bilik və bacarıqlarını artırsınlar. Analiz və təhlil edərək qərar vermənin bugünün ən vacib tələbi olduğu haqda həm 1-ci həm də 2-ci məqəlamizdə qeyd etmişdik. 
     
Mühasib olmaq üçün hardan və necə başlamaq lazımdır?    


1.İlkin məlumat. Mütləq sürətdə mühasibatlıq, onun komponentləri haqqında ilkin anlayışlara malik olmalısız. Yəni 

  • Mühasibatlıq nədir? 
  • Biz niyə mühasibatlıq əməliyyatlarını aparırıq? 
  • Məqsədimiz nədir? 
  • Mühasibatlığın tərkib hissələri nələrdir? 
  • Mühasibat uçotunun  idarəetmə uçotu, vergi uçotu, kadr uçotundan fərqi nədir və biz niyə oları tətbiq etməliyik? 
Bu məsələləri anlamaq üçün 1-ci məqaləmizi oxumağı tövsiyyə edirik. 

Müasir dövrdə mühasibatlığın və maliyyə işinin təşkili

2.  Əsas anlayışlar. Mühasibat bərabərliyi, aktiv, öhdəlik, gəlir, xərc, kapital, hesablar planı və onun sturukturu, ikili yazılış, müxabirləşmə və digər anlayışlar barədə ilkin məlumatları öyrənməlisiz. Yəni hər biri nə üçündür, aktivlər, öhdəliklər, kapital və digərləri necə təsnif olunur, onların arasındakı fərq nədir və harada istifadə olunur. Bu barədə ayrıca məqaləmiz olacaq.

3. İlkin sənədləri hazırlamaq.  İlkin sənədlər iş mühitinin əsas tərkib hissəsidir. Siz bu sənədləri təsnifləşdirməyi, onların hər birinin mahiyyətini, nə işə yaradığını, necə tərtib olunmasını və harda istifadə olunmasını öyrənməlisiz. Əsas ilkin sənədlərə kassa məxaric orderi, kassa mədaxil orderi, kassa kitabı, müqavilə, ödəniş tapşırığı, akt, qaimə faktura və sair misal göstərmək olar. Bu sənəd nümunələri barədə internetdə kifayət qədər məlumatlar mövcuddur.

4. E-qaimə proqramını bilmək. Bu əslində ilkin sənədlərin bir konponentidir. Yəni, siz qaimə faktura anlayışını, onun funksiyalarını və nə işə yaradığını bildikdən sonra bu proqramı öyrənməlisiz. İlkin məlumat olaraq bildiririk ki, e-qaimə  proqramı qaimələrin avtomatik tərtibi proqramıdır. Siz eyni zamanda vergi elektron sisteminə daxil olmağı, online kargüzarlığı, asan imza ilə işləməyi öyrənməlisiz. 


     Bəs vergi elektron sistemi nədir. Bu, Vergilər Nazirliyi tərəfindən sizin üçün açılan elektron bir kabinetdir. Siz burdan öz hesabınıza daxil olub online kargüzarlıq əməliyyatlarını, yəni sizə gələn məktubları oxuya və yeni məktublar, ərizələr, müraciətlər hazırlayıb göndərə bilərsiz. Eyni zamanda şəxsi hesabdan  sizə təqdim olunmuş qaimələrə baxa, yeni  e-qaimə hazırlaya və göndərə bilərsiz. E-qaimələri həm online rejimdə sistemə girərək, həm də proqramını yükləyib offline rejimdə hazırlamaq mümkündür. Bu proqramı verginin saytından yükləyə, təlimatlarına video formatında baxa bilərsiz.



5. Kadr əməliyyatlarının və  kargüzarlığının aparılmasını öyrənmək. Düzdür, kadr uçotu bəzən ayrıca kadr şöbəsi tərəfindən aparılır. Ama 1-ci məqaləmizdə də qeyd etdiyimiz kimi, bir çox müəssisələrdə ayrıca kadr şöbəsi olmadığı üçün həmin əməliyyatları da mühasib aparır. Ona görə bunu da öyrənmək sizin üçün çox faydalı ola bilər. Habelə əmək haqqı hesablanması üçün müəyyən kadr sənədləri lazımdır ki, onu da bu bölmədən daha dərindən öyrənə bilərsiz. Bu istiqamət üzrə işçinin işə qəbulu prosedurunu, ştat cədvəllərinin, vəzifə funksiya və təlimatlarının, əmək müqavilərinin, kadr əmrlərinin mahiyyətini və hazırlanmasını öyrənməlisiz.
      Daha sonra işçinin "əmək müqaviləsi bildirişlərinin elektron sistemə" daxil edilməsini öyrənməlisiz. Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi o deməkdir ki, işçini işə qəbul edib əmək müqaviləsi bağladıqdan sonra, bu əməliyyatı həmçinin elekron sistemə daxil olub ordan da icra etmək lazımdır. Bunun üçün E-gov.az elektron portalında xüsusi şəxsi kabinet mövuddur ki, hər bir müəssisə ordan hesabına daxil olub işçilərin əmək müqaviləsi bildişlərini daxil edir.



6. Kadr əməliyyatlarını bildikdən sonra əmək haqqı anlayışını bilməlisiz. Əmək haqqı və onun tərkib hissələri, əmək haqqı  necə hesablanır və ona hansı tutulmalar tətbiq olunur. Bu əməliyyatları öyrəndikdən sonra, əmək haqqının, ondan tutulan vergi, sosial sığorta və digər tutulmaların  köçürülməsi ilə bağlı sənədlərin hazırlanmasını (yəni ödəniş tapşırıqların yazılmasını) öyrənməlisiz.
   Əmək haqqı ilə yanaşı. məzuniyyət və onun növlərini, hesablanma və ödənilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablama və ödənilməsi, analıq məzuniyyətinin hesablama və ödənilməsi qaydalarını öyrənməlisiz.
   Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və analıq məzuniyyətinin verilməsinə görə müavinətlərin hesablama qaydalarını bildikdən sonra, bu istiqamət üzrə elektron əməliyyatların aparılması qaydalarını da öyrənmək lazımdır. Yəni bu deməkdir ki, həmin müavinətlərin müəyyən hissəsinin DSMF ödəyir və müəssisə bu barədə hesabatları DSMF-yə göndərməlidir. Bunun üçün E-gov.az portalına daxil olub, oradan müəssisə üçün açılmış şəxsi kabinetdən istifadə etməlidir.
Davamı linkdə



Yorumlar

  1. Mühasibatlıq nədir?
    İstər kiçik, istərsə də böyük miqyaslı bir iş sahibi olan bir iş adamı vaxtını bir mühasibat uçotu aspektlərini araşdırmağa sərf etməməlidir. Aspektləri vergi uyğunluğu qanunları, işçilərin əmək haqqının tutulması və bir çox digər məlumatlar kimi şeylər ola bilər. Bunun əvəzinə bir iş sahibi olaraq enerjinizin çox hissəsini gəlirləri artırmağa, işçilərin sayını artırmağa və ya xidmətlərinizi və məhsullarınızı yaxşılaşdırmağa xərcləyə bilərsiniz. Buna görə mühasib, sahiblərinə resursların bölüşdürülməsi ilə bağlı qərar verməyə kömək edən bir iş maliyyə məlumatının etibarlılığını təmin edən bir mütəxəssisdir.
    Sərfəli və etibarlı mühasibatlıq və mühasib xidməti.
    https://www.growth.az/

    YanıtlaSil

Yorum Gönder