3-cü məqaləmizin ardı...
(Əvvəli burada)
7. Vergi. 1-ci məqalədə qeyd etdiyimiz kimi əsas tərkib hissələrdən biri də vergi uçotudur. İlk öncə verginin formaları və növləri ilə tanış olmaq, onlar arasındakı fərqləri aydınlaşdırmaq və hər bir verginin mahiyyətini dərk etmək lazımdır. Verginin mahiyyətini dərk etdikdən sonra onların hesablanması üsullarını öyrənməlisiz. Vergiləri öyrənməyə aşağıdakı ardıcıllıqla başalaya bilərsiz.
1) Verginin mahiyyətini və funksiyalarını öyrənib və dərk edin.
2) Verginin hansı növləri var, hər biri haqqında qısa olaraq məlumat əldə edin.
3) Verginin formaları - bu hissə vergiləri qruplaşdırmaqda və vergiləri daha aydın dərk etməkdə sizə kömək olacaq. Verginin formalarını bilsəz, vergi növləri arasındakı funtamental fərqləri daha rahat görə bilərsiz.
4) Gəlir anlayışı - gəlir anlayışını, onun növlərini və muzdlu işdən tutulan vergini öyrənin.
3) Sadələşdirilmiş vergi və onun tətbiqi.
4) Mənfəət və gəlir (fərdi sahibkarın gəlir vergisi) vergisini öyrənin və onun sadələşdirilmiş vergidən fərqini anlayın.
5) Mənfəət və gəlir vergisi üçün xərcin tanınması. Burda artıq gəlirdən çıxılan və çıxılmayan xərcləri öyrənməlisiz.
6) Amortzasiya və təmir xərcləri.
7) Ödəmə mənbəyindən vergilər.
8) ƏDV və onun mahiyyəti.
9) Digər vergilər.
10) Fərdi sahibkarın dsmf ödənişləri.
Başlanğıc üçün verginin bütün maddələrini daha dərindən öyrənməyə ehtiyac yoxdur. Sadəcə yuxarıda göstərdiyimiz başlıqların əsas hissələrini öyrənin.
Elektron əməliyyatlar: Vergilər, onların hesablanması haqqında əsas məlumatlar ilə tanış olduqdan sonra elektron əməliyyatları öyrənməyə başlamalısız. Bunlar tam praktiki əməliyyatlardır. Sistemə daxil olmaq üçün sizə kod-parol lazım olacaq və video dərslərdən bu əməliyyatları izləyə bilərsiz.
Əslində sistemə girmək barədə E-qaimənin göndərilməsi bölməsində tanış olduq. Biz həmin hesabdan eyni zamanda şəxsi hesab vərəqəmizə daxil ola bilərik. Elektron əməliyyatlar ilə yanaşı vergilərin dövlət büdcəsinə necə köçürülməli olduğunu da öyrənməliyik.
Əslində sistemə girmək barədə E-qaimənin göndərilməsi bölməsində tanış olduq. Biz həmin hesabdan eyni zamanda şəxsi hesab vərəqəmizə daxil ola bilərik. Elektron əməliyyatlar ilə yanaşı vergilərin dövlət büdcəsinə necə köçürülməli olduğunu da öyrənməliyik.
Hesabatları tərtib etmək: Vergiləri hesabladıqdan və ödədikdən sonra hesabatlar hazırlayıb Vergilər Nazirliyinə təqdim etməliyik. Bu hesabatlar elektron formada BTP proqramında hazırlanır. BTP-bəyannamə tərtibatı proqramıdır. Biz onun vasitəsilə hesabatları hazırlayırıq. Proqramı İnternet Vergi İdarəsi saytından yükləmək mümkündür. Əvvəlcə biz bilməliyik ki, hesabatı niyə göndəririk? Belə ki, vergiləri hesablayıb ödədikdə, vergi məbləğinin necə yarandığını özümüz bilirik. Lakin Vergilər Nazirliyi sadəcə ödənilmiş verginin məbləğini görür. Buna görə də həmin vergi məbləğlərinin necə yarandığı, dövr ərzində fəaliyyətimizin nəticələri barədə məlumatları ümumiləşdirib hesabat formasında Vergilər Nazirliyinə təqdim etməliyik. Daha sonra Vergilər Nazirliyi həmin hesabatın doğru olub-olmadığını yoxlayır.
8. Excel proqramı: Yuxarıda qeyd etdiklərimizlə yanaşı siz mütləq sürətdə Excel proqramını bilməlisiz. İlkin mərhələdə vacib deyil çox mükəmməl öyrənəsiz. Proqramının mahiyyətini, əsas menyularını və bir sıra funksiyalarını öyrənsəz bəs edər. Ümumiyyətlə məsləhət görərdik ki, Exceldə ardıcıl olaraq bütün funksiyaları öyrənməyə vaxt sərf etməyəsiz. Əsas onların mahiyyətlərini, nə işə yaradığını dərk edin, daha sonra tətbiq edilməsi vacib olanda təkrarlayıb öyrənə bilərsiz.
(excellə bağlı ayrıca bir məqaləmiz də olacaq)
9. Balans qurmaq. Mühasibatlığın əsas tərkib hissələrindən biri də müxabirləşmə aparmaq, hesablar planını bilmək və maliyyə hesabatlarını hazırlamağı bacarmaqdır. İlk başlarda tələbələrimizə müxabirləşməni öyrətməklə təlimə başlayırdıq. Daha sonra bir şeyin şahidi olduq ki, tələbə birinci muxabirləşmədən başladıqda dərk edilməsi bir az çətin olduqu üçün adətən həvəsdən düşür. Bəli, müxabirləşmə ilk dəfədən çox çətin görünür, amma əsas prinsip və qaydaları bildikdə, sonradan daha asan dərk edilməyə başlayır. Ona görə də sizə müxabirləşməni axırda öyrənməyi məsləhət görürük.
Əslində ikinci başlıqda hesablar planı, onun strukturu, mühasibat bərabərliyi, müxabirləşmə haqqında ilkin anlayışları öyrənməyi bildirmişdik. İndi isə bir az daha irəli gedərək hər bir hesabın mahiyyətini və əsas müxabirləşmə əməliyyatlarını öyrənməyə çalışmalısız. Vacib deyil bütün hesabları öyrənəsiz, əsas 10-15 hesab bilin və onun əsasında balans qurmağı öyrənsəz sizə kifayət edər.
Əslində ikinci başlıqda hesablar planı, onun strukturu, mühasibat bərabərliyi, müxabirləşmə haqqında ilkin anlayışları öyrənməyi bildirmişdik. İndi isə bir az daha irəli gedərək hər bir hesabın mahiyyətini və əsas müxabirləşmə əməliyyatlarını öyrənməyə çalışmalısız. Vacib deyil bütün hesabları öyrənəsiz, əsas 10-15 hesab bilin və onun əsasında balans qurmağı öyrənsəz sizə kifayət edər.
10. 1C proqramı: Əvvəlcə gəlin, 1C proqramının nə olduğu haqqında qısa məlumat əldə edək. Biz yuxarıda göstərdiyimiz bütün əməliyyatlar, habelə müxabirləşmələr əl ilə aparılır ( təbii ki, bəzi hesablamalarda biz Exceldən, Worddən, BTP-dən istifadə edirik). Təsəvvür edin, hər gün yüzlərlə əməliyyatlar aparılır, mal-materialların, xidmətlərin alınması, satılması, pul vəsaitlərinin daxil və xaric olunması, bank və kassa sənədlərinin işlənməsi, kadr əməliyyatları, əmək haqqının və digər ödənişlərin, vergilərin hesablanması və s. Bütün bu əməliyyatlar ayrı-ayrı fayllarda və vaxtlarda aparılır. Habelə müxabirləşmələrin ayrı-ayrı aparılması xeyli vaxt itkisinə səbəb olur. 1C proqramı ilə bütün bu əməliyyatları daha sürətli və operativ edə, istədiyimiz vaxt mal-material qalıqlarına, debitor və kreditor borclarına baxa, avtomatik hesabatlar tərtib etə bilərik. Başlanğıc üçün çox dərin öyrənmək vacib deyil, əsas əməliyyatları öyrənsəz sizə bəs edər.
Bütün bu qeyd etdiklərimizi tətbiq etdikdən sonra gedib bir mühasib və ya mühasib köməkçisi kimi işləyə bilərsiz. Lakin siz bununla məhdudlaşmamalısız. Bu sadəcə ilkin mərhələdir. Əgər siz daha mükəməl öyrənmək istəyirsizsə, öyrənməyə davam edin. Proqramı tam bitirdikdən sonra yenidən üzərindən bir dəfə də təkrar gedin, amma bu dəfə öyrəndiklərinizin üzərinə əlavə bir şeylər qoymaqla. Əlavə araşdırmalar edin, yenə qeyd edirik, çox dərinə gedib də özünüzü yormayın. Beləcə aşağıdakı ardıcıllıq üzrə davam edin...
1. Müxabirləşmələri daha dərin öyrənin. Birinci mərhələdə öyrəndiyiniz hesablardan əlavə daha çox hesab öyrənməyə çalışın. İstəsəniz milli mühasibatlıqla yanaşı beynəlxalq mühasibat uçotu standartlarını da öyrənə bilərsiz. Bu sizə müxabirləşmənin daha aydın başa düşməyə kömək olacaq. Maliyyə hesabatlarının mahiyyətini dərk etməyə çalışın.
2. Vegini daha geniş öyrənməyə başlayın, bu sahədə biliklərinizi genişləndirin. Əsasən mənfəət və ƏDV vergisini daha geniş öyrənməyə çalışın. Çünki yaxşı mühasib olmaq üçün bu vacibdir.
3. Büdcə hazırlamaq. Bu mərhələdə öyrənəcəyiniz yeni mövzu büdcə hazırlamaq olacaq. Büdcənin nə olduğu, onun niyə hazırlandığını və hazırlanması qaydasını bilməlisiz.
4. Exceli daha dərindən öyrənin. Sizi əmin edə bilərik ki, bu zaman apardığınız əməliyyatların daha sürətli və effektiv edəcək yeni funksiyalar və digər menyular ilə tanış ola bilərsiz.
5. 1 C proqramında da biliklərinizi artırmağa davam edin.
6. Hesabat hazırlamaq və təhlil. Bu mərhələdə sizə əsas məsləhətimiz özünüzün analiz etmə qabilyyətinizi inkişaf etdirməyinizdir. Mütləq sürətdə təhlil etmək, təhlilə uyğun qərar vermək bacarığınızı artırmalısız. Analizi həm vergi, həm exceldə öyrənin. Maliyyə hesabatlarını qurmaqla yanaşı, onları izah etməyi, hesablar arasında əlaqələri aşkara çıxarmağı öyrənməyə çalışın. Bu sizi daha da inkişaf etdirəcək. Əgər yaxşı mühasib olmaq istəyirsizsə, bunu mütləq öyrənməlisiz.
Bu mərhələni də öyrəndikdən sonra 3-cü mərhələyə keçid edin....
1. Bu dəfə sonuncu mərhələni yenidən təkarar edin və üzərinə yeni bir şeylər əlavə etməklə daha ətraflı öyrənin.
2. İdarəetmə uçotu. Bu mərhələdə yeni öyrənəcəyiniz sahə idarəetmə uçotu olacaq. Əslində bu mərhələyə qədər siz zaman-zaman idarəetmə uçotunun ayrı-ayrı hissəslərini öyrənəcəksiz. Lakin bu dəfə dərindən və kompleks öyrənməyə çalışın. (maya dəyərinin hesablanması, büdcənin hazırlanması, daxili hesabatların tərtibi, analiz və s)
3. Excel advanced səviyədə öyrənməyə başlayın. Bu dəfə isə excelin möcüzəvi funksiyalarını və digər menyularını kəşv edəcəksiz.
4. Analiz və təhlil.
Bununla bitdimi? xeyr, öyrənmək heç vaxt bitmir davam edin ....Əgər öyrənmək istəsəz öyrənməyə çox şey var...ama bundan sonrası çalışın konkret ixtisaslaşmış sahə üzrə özünüzü inkişaf etdirin.
Yorumlar
Yorum Gönder