Mühasibat uçotunda operativ işin təşkili

    Mühasibatlıq əməliyyatlarını apararkən sənədlərin düzgün işlənməsi, qanunvericiliyin və normativlərin tələblərinə riayət olunması ilə yanaşı işinizin aparılma forması, operativlik və sənədlərlə işləmə bacarığı da olduqca mühüm rol oynayır. Müasir dövrdə əsas məsələlərdən biri də vaxta qənaət etməkdir. Siz əgər işinizi sürətli qurmaq istəyirsinizsə mütləq sürətdə müəyyən üsul və vasitələrdən istifadə etməlisiz. Bu üsullar məlumatların yığılmasından tutmuş, alınmış nəticələrin təhlilinə qədər müxtəlif mərhələləri əhatə edir.

          Hazırda əməliyyatların avtomatlaşdırılması və informasiya bolluğu mühasibatlıq sahəsində də geniş vüsət almışdır. Təsəvvür edin ki, apardığımız bütün maliyyə əməliyyatlarının məlumat bazası yığılır. Bizim işimiz artıq bu məlumat bazalarından düzgün istifadə etməyi bacarmaqdır. Bu məlumatlar çox olmasına baxmayaraq heç də həmişə istifadəyə yararlı olmur. Daha doğrusu bu məlumatlardan istifadə etmək üçün onları daha başa düşən dilə salmalıyıq. Daha sonra isə biz o məlumatlardan öz işimizin daha yaxşı qurulmasında istifadə edəcəyik. (Excel, power query)

        Bütövlükdə bu proqramı 5 moduldan ibarət olacaq. Bu modellərə daxildir:

·         Maliyyə məlumatlarının yığılması

·         Mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması.

·         Maliyyə hesabatlarının təhlili

·         Maliyyə və qeyri maliyyə hesabatlarının vizuallaşdırılması.

·         Büdcə cədvəllərinin qurulması.

 


1)      Maliyyə məlumatlarının yığılması

Əvvəlcə siz bilməlisiz ki, işinizi aparmaq üçün sizə hansı məlumatlar lazımdır və onları əldə etmək üçün nə etməlisiz. Ola bilər ki, siz o məlumatları hazır formada hansısa mənbədən götürəcəksiz və yaxud da özünüz sıfırdan yığacaqsız. Burada əsas iş məlumatların necə yığılması qaydasıdır. Bu modul aşağıdakıları əhatə edəcək.


·         Mühasibat uçotunda məlumat anlayışı və toplanması qaydası.

·         Müxtəlif mənbələrdən alınmış məlumatların excel üzərindən təmizlənməsi.

·         Exceldə maliyyə cədvəllərinin hazırlanması.

 

      2) Mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması.

İkinci modul avtomatlaşdırılmış cədvəllərin hazırlanmasıdır. Belə ki, biz bu  modulda artıq  bir neçə cədvəlin əlaqələndirilməsini öyrənəcəyik və nəticədə elə cədvəllər quracağıq ki, bu cədvəllər bizə avtomatik hesabatları hazırlayacaq. Bu modul aşağıdakıları əhatə edəcək:

 

·         Hesab fakturanın və kassa əməliyyatlarının avtomatlaşdırılması.

·         Memorial orderlərin avtomatlaşdırılması.

·         Debitor və kreditor borcları üzrə əməliyyatların avtomatlaşdırılması

·         Material hesabatının avtomatlaşdırılması

·         Mənfəət vergisi və ƏDV  hesabatı üçün avtomatlaşdırılmış cədvəlin qurulması.

 

3)      Maliyyə hesabatlarının təhlili

    Bildiyimiz kimi mühasibat uçotunun aparılmasının əsas məqsədi maliyyə hesabatlarının hazırlanması idi.  Bu hesabatlarda sahibkar özünün fəaliyyətinin nəticələri haqqında məlumatlara sahib olurdu. Lakin hesabatların hazırlanması son mərhələ deyil. Çünki hesabatlar ümumi vəziyyəti əks etdirsə belə onun analiz edilməsinə, təhlilinə ehtiyac vardır. Bu sonrakı fəaliyyətin planlaşdırılması, bu hesabatlar arasındakı əlaqələrin müəyyən olunması, investisiya qoyuluşu, biznes kreditlərinin əldə olunması, biznes proseslərinin təhlili üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu modul aşağıdakıları əhatə edəcək

·         Mənfəət və zərər haqqında hesabatın analizi

·         Maliyyə vəziyyəti haqqında hesabatın analizi

·         Pul vəsaitləri haqqında hesabatın analizi

·         Maliyyə hesabatlarının analiz metodları

·         Maliyyə əmsallarının hesablanması.


     4) Maliyyə və qeyri maliyyə hesabatlarının vizuallaşdırılması.

İstər maliyyə, istərsə də qeyri-maliyyə hesabatları əsasən rəqəmlərdən və kodlardan təşkil olunur. Bu rəqəmləri başa düşmək maliyyəçilər üçün asan olsa da sahibkar, investor üçün başa düşmək həmişə asan olmur. Bu səbəbdən o rəqəmləri başa düşülən dilə salmaq üçün vizual hesabatlar hazırlanır. Vizual hesabatlar dedikdə məlumatların diaqram, qrafiklər vasitəsilə təqdim olunması başa düşülür. Bu zaman həmin məlumatları, göstəriciləri, trendləri, onlar arasındakı əlaqələri daha rahat görmək olur. (Power BI, R shiny)

Bu modul aşağıdakıları əhatə edəcək

·         Maliyyə hesabatlarının vizual təqdim olunması

·         Debitor və kreditor, xərclər, istehsal, material, satış və digər hesabatlar üzərində avtomatlaşdırılmış daşbordların qurulması.

·         Daxili hesabatların təqdim olunması qaydası.

 

5)      Büdcəcədvəllərinin qurulması.

Bu modul aşağıdakıları əhatə edəcək

·         Mal və material alışı büdcəsinin qurulması.

·         İstehsal və material tədarükü büdcələrinin hazırlanması.

·         Pul vəsaitlərinin hərəkəti və satış büdcələrinin hazırlanması


 Təşəkkür edirik.

 

                                   

 

 

 


Yorumlar